Ukraynanın təmiz qolunu hesaba almayan hakimlər “Avro-2012”dən uzaqlaşdırıldı

AVRO-2012 20 İyun 2012 / 22:34 3434
-  A +

UEFA-nın “Avro-2012”də hakimlər üzrə komissarı Pyerluici Kollina etiraf edib ki, dünən qrup mərhələsində keçirilən İngiltərə - Ukrayna oyununda macarıstanlı Viktor Kaşşainin rəhbərlik etdiyi hakimlər briqadası kobud səhvə yol verib.

Qol.Az-ın məlumatına görə, Kollina bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, hakim Ukrayna millsinin oyunçusu Marko Deviçin vurduğu təmiz qolu qeydə almayıb.

 
“Bəli, biz səhvə yol vermişik. Mən istərdim ki, belə hallar olmasın. İndi heç nə etmək mümkün deyil. Amma hakim də insandır, səhv edə bilər” – deyə o vurğulayıb.

Kollina qeyd edib ki, etdiyi söhvə görə, Kaşşai və onun briqadası “Avro-2012”də oyun idarə etməyəcək: “O, artıq çempionatı tərk edib”.

 


Son xəbərlər