Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı keçirilir. Çempionatın proqramına əsasən, iyunun 19-da sərbəst güləş üzrə 4 çəki dərəcəsində ən güclülər müəyyənləşib. Yığmamız çempionatın ilk günündə 1 qızıl və 2 bürünc medal əldə edib.
Qol.Az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, 60 kq çəki dərəcəsində idmançımız Əhmədnəbi Qvarzatilov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanaraq Avropa çempionu adına layiq görülüb. Təmsilçimiz qələbəyə gedən yolda Moldova, Albaniya, Rusiya və Türkiyə güləşçilərini məğlubiyyətə uğradıb.
74 kq çəkidə Elcan Usubzadə və 96 kq-da Səid Həmidov çempionatın bürünc mükafatını qazanıblar. Həlledici görüşdə güləşçilərimiz müvafiq olaraq ukraynalı Sergey Odinak və gürcü Omar Qusoşviliyə qalib gəliblər.
Bu gün gənclərin Avropa çempionatında böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Qalib Əliyev (55 kq), Bəxtiyar İsrafilli (66 kq), Pərviz Axundov (84 kq) və Əli Maqomedibirov (120 kq) mübarizəyə qoşulacaq.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı