Buffon: "Kimsə bizə bir şey hədiyyə etmədi"

Buffon: "Kimsə bizə bir şey hədiyyə etmədi"
AVRO-2012 19 İyun 2012 / 15:27 2308
-  A +

İtaliya milli komandasının qapıçısı Canluici Buffon "Avro-2012"də dünən qarşılaşdıqları İrlandiya ilə oyun haqda danışıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Buffon 1/4 finala haqq edərək yüksəldiklərini bildirib:

"Bu oyunda qalib gəlməyimiz çox önəmli idi. Ən əsası da haqq edərək qələbə qazandıq. Oyunboyu yaxşı təsir bağışladıq. Kimsə bizə bir şey hədiyyə etmədi. Mən də çox önəmli iki seyvlə yadda qaldım. Ayrıca İspaniya millisinə də təşəkkür edirəm. İspanların Xorvatiyanı məğlub edəcəyinə inanırdım".

Qeyd edək ki, C qrupunun son oyununda İrlandiyanı 2:0 hesabı ilə məğlub edən İtaliya millisi adını 1/4 finala yazıdırıb.


Son xəbərlər