İspaniya millisinə veriləcək mükafatın məbləği açıqlandı

İspaniya millisinə veriləcək mükafatın məbləği açıqlandı
AVRO-2012 19 İyun 2012 / 14:38 2554
-  A +

"Avro-2012"də 1/4 finala yüksələn İspaniya milli komandasının çempion olacağı təqdirdə futbolçulara veriləcək mükafatı bəlli olub.

Qol.Az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, İspaniya millisi titulunu qoruyacağı təqdirdə hər bir futbolçuya 300 min avro mükafat veriləcək.

2008-ci ildə Avropa çempionu olan İspaniya millisi 214 min avro məbləğində mükafatlandırılmışdı. İspaniya Futbol Federasiyası (İFF) bu dəfə isə komandanın yalnız çempion olacağı halda, mükafatlandırılacağını açıqlayıb.

Qeyd edək ki, 2010-cu ildə ilk dəfə dünya çempionluğunu qazanan İspaniya millisinə 600 min avro mükafat verilmişdi.


Son xəbərlər