Bülənt Qorxmaz "Bakı"nın bazasında

Bülənt Qorxmaz "Bakı"nın bazasında
XƏBƏR 12 İyun 2012 / 18:27 2074
-  A +

Azərbaycanda səfərdə olan "Bakı"nın sabiq baş məşqçisi Bülənt Qorxmaz bu gün klubun təlim-məşq bazasını ziyarət edib. Qol.Az-ln klubun saytına istinadən yaydığl xəbərə görə, iki il əvvəl Azərbaycandan ayrılan türkiyəli mütəxəssis gördüklərindən məmnun qaldığını ifadə edib.

Bazanı gəzişdikdən sonra klub infrastrukturuna ən yüksək qiymət verən Bülənt Qorxmaz belə şəraitdə əla futbolçuların yetişəcəyinə əmin olduğunu söyləyib. Klub prezidenti Hafiz Məmmədova futbolun inkişafında göstərdiyi xidmətlərə görə xüsusi təşəkkürünü bildirən qonaq "Bakı"ya Avropa yarışlarında uğurlar arzulayıb.

Klubun icraçı direktoru Yaşar Seyidov fəxri qonağa klubun atributlarını hədiyyə edib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi