Prandelli: "Avro-2012"dən imtina etməyə hazırıq"

Prandelli: "Avro-2012"dən imtina etməyə hazırıq"
AVRO-2012 1 İyun 2012 / 18:04 3153
-  A +

İtaliya milli komandasının baş məşqçisi Çesare Prandelli maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Rai Sport"a danışan italiyalı mütəxəssis ölkəsində danışılmış oyunlarla əlaqədar yaranmış qalmaqal səbəbindən "Avro-2012"dən imtina etməyə hazır olduqlarını bildirib:

"Əgər İtaliya futbolunun xeyrinə olacaqsa, "Avro-2012"dən imtina etməyə hazırıq. Bu mənim üçün problem deyil. Həyatda futboldan da önəmli şeylər var. Biri ilə savaşmaqdansa, oturub müzakirə etməyi sevən biriyəm. Hazırda yalnız futbola köklənməliyik. Ancaq təəssüf ki, bizə qarşı təzyiqlər davam edir".


Son xəbərlər