“Xəzər-Lənkəran" "Bakı"yla oyunun hazırlığını başa vurdu

XƏBƏR 17 Aprel 2009 / 14:39 2264
-  A +

"Bakı"ya qarşı oyuna hazırlığı aprelin 14-dən başlamış "Xəzər-Lənkəran" bu gün səhər son məşqini keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, oyuna kimi daha məşq etməyəcək komanda üzvləri bu axşam nəzəri çalışmalar üzərində işləyəcəklər. "Neftçi"yə qarşı ötən həftəsonu keçirilmiş oyun da təhlil edilib. Hazırda komandanın düşərgəsində vəziyyət normaldır. Ceyhun Sultanovu çıxmaq şərtiylə heyətdə zədəli futbolçu yoxdur. Xatırladaq ki, premyer-liqanın XXII turu çərçivəsində keçiriləcək "Xəzər-Lənkəran" - "Bakı" oyunu aprelin 19-da, saat 18.00-da başlanacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi