Bekhemin komandası Çempionlar Liqası ilə vidalaşdı

Bekhemin komandası Çempionlar Liqası ilə vidalaşdı
XƏBƏR 16 Mart 2012 / 00:01 1765
-  A +

İngiltərə milli komandasının sabiq futbolçusu Devid Bekhemin çıxış etdiyi ABŞ-ın “Los-Anceles Qelaksi” klubu Şimali Amerikanın Çempionlar Liqasında mübarizəni dayandırıb.
 
Qol.Az-ın məlumatına görə, 1/4 final mərhələsinin martın 15-də keçirilmiş cavab görüşündə “Los-Anceles Qelaksi” Kanada “Toronto”suna uduzub – 1:2.

Bir həftə öncə baş tutmuş ilk görüşdə isə 2:2 hesablı heç-heçə qeydə alınıb. İki oyunun cəmində növbəti mərhələyə məhz “Toronto” yüksəlib. Qalib komanda yarımfinalda Meksika “Santos Laquna”sı ilə qarşılaşacaq.

Qeyd edək ki, Devid Bekhem 2007-ci ildən “Los-Anceles Qelaksi” formasını geyinir. O, 2011-ci ildə ABŞ-ın yüksək liqası sayılan MLS-in qalibi olub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi