"Qəbələ" Ukraynada hazırlığını başa vurdu

XƏBƏR 15 Mart 2012 / 23:20 1416
-  A +

Təlim-məşq məqsədilə Ukraynanın Donetsk şəhərində səfərdə olan “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində üçüncü – sonuncu  yoxlama oyununu keçirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, “Metallurq”lu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:3 hesabilə məğlub olublar. Matç “Metallurq”un bazasında baş tutub.

Xatırladaq ki, “Qəbələ” Donetskdə hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayıb. İlk matçda “Şaxtyor” 0:5 hesabilə məğlub olan komanda ikinci görüşdə eyniadlı klubun şəhər filialının komandasının qapısından 4 cavabsız top keçirib. Donetsk hazırlıqlarını yekunlaşdıran təmsilçimiz sabah vətənə dönəcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi