"Qəbələ" Donetskdə böyükhesablı qələbə qazandı

"Qəbələ" Donetskdə böyükhesablı qələbə qazandı
XƏBƏR 14 Mart 2012 / 12:33 1483
-  A +

Ukraynanın Donetsk şəhərində təlim-məşqlərini davam etdirən “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, “Şaxtyor”un şəhər filialının komandası ilə qarşılaşan təmsilçimiz böyükhesablı qələbə qazanıb. Əli Səmədov, Roman Hüseynov, Vüqar Əlibabayev və Ülvi İskəndərovun qolları komandanın 4:0-lıq qələbəsini təmin edib.

Xatırladaq ki, “Qəbələ” 3-cü – sonuncu yoxlama oyununda “Metallurq”un 15 yaşa qədər futbolçularından ibarət komandası ilə qüvvəsini sınayacaq. Matç martın 15-də baş tutacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi