Qafqaz Universitetinin nümayəndəsi: «Hakan Şükür bizdən gizlənir»

XƏBƏR 15 Aprel 2009 / 21:18 2581
-  A +

Azərbaycana gələcəyinə dair Qafqaz Universitetinin rəhbərliyinə söz verən Türkiyə futbolunun əfsanəsi Hakan Şükür hələ də vədinə əməl etmir. Daha doğrusu, mayda Bakıya gələcəyi gözlənilən Hakan indiyə kimi universitet rəhbərliyinə konkret söz deməyib. Qol.Az-a açıqlamasında adıçəkilən univesitetin idman işləri üzrə direktoru Musa Turmuş artıq H.Şükürə vaxt verdiklərini deyib: “Hakan öncə mənmuniyyətlə Azərbaycana gələcəyini dedi. İndi isə gizlənir və zənglərimizə cavab vermir. Ona çatdırmışıq ki, yaxın günlərdə bizə dəqiq söz desin. Əgər Hakan gəlməsə, Hakan Ünsal və Sərgən Yalçınla danışıqlara başlayacağıq”. Qeyd edək ki, Hakan Şükürün ölkəmizə dəvət olunmasında əsas məqsəd həm də Qafqaz Universitetinin “məzun gecəsi”ndə iştirak etməsidir.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi