"Simurq" Türkiyəyə yollandı

XƏBƏR 14 Yanvar 2012 / 15:05 1467
-  A +

Bu gün səhər saatlarında Zaqatala şəhərini təmsil edən “Simurq” klubu Premyer Liqaya hazırlıq çərçivəsində Türkiyənin Antalya şəhərinə yollanıb.

Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sergey Yuranın komandası yanvarın 31-nə qədər burada qalacaq.

Toplanışa tam heyətlə qatılan komandanın 3 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.

Zaqatala təmsilçisinin ilk rəqibi isə Qazaxıstanın “Kaysar” klubu olacaq. Oyun 21 yanvar saat 15:00-da kompleksin idman meydanında keçiriləcək. Digər qarşılaşmaların ayın 27 və 31-də keçirilməsi planlaşdırılır.

Lakin  rəqiblərin hansı komandalar olacaqları hələ ki məlum deyil. Toplanışa komandanın heyətinə yeni cəlb edilmiş Nicat Qurbanov, Emin Cəfərquliyev, Dmitri Kramarenko və Ruslan Poladovla yanaşı, baxışa çağrılmış bir neçə yerli və əcnəbi futbolçular da qatılıb.

Qeyd edək ki, “Simurq” klubu Antalyadan sonra hazırlıqları Zaqatala şəhərində davam etdirəcək. Fevralın 3-də “Rəvanla” yoldaşlıq oyunu keçirəcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi