Raul: "Real" bu mövsüm 3 titul qazana bilər"

Raul: "Real" bu mövsüm 3 titul qazana bilər"
XƏBƏR 13 Yanvar 2012 / 01:07 1733
-  A +

"Şalke"nin ulduz futbolçusu Raul Qonzales sabiq komandası "Real" (Madrid) klubu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu "Real"ın bu mövsüm 3 titul qazanacağına inandığını bildirib:

"Bu mövsüm "Real"ın bütün kubokları qazanmasını istəyirəm. Məncə, bunu bacara bilərlər. Onsuz da "Barselona" ilə birgə bütün kubokların əsas favoriti hesab olunurlar. Mourinyo artıq öz əməyinin bəhrəsini görür".

Qeyd edək ki, 1992-2010-cu illər ərzində "Real"ın şərəfini qoruyan 34 yaşlı futbolçu keçirdiyi 550 oyunda 228 dəfə rəqib qapılarına yol tapmışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi