Azərbaycanın tanınmış teleaparıcılarının saytları bağlandı

XƏBƏR 12 Yanvar 2012 / 15:52 2868
-  A +

Artıq bir neçə gündür ki, Azərbaycan futbolu haqda opretaiv xəbərlər yerləşdirən "Premyerliqa.az" və "Penalti.az" saytları bağlanıb. Qol.Az-ın məlumatına görə, həmin saytlarda yerləşdirilən "tezliklə..." elanının götürüləcəyi gözlənilsə də, bu baş verməyib.

Adı çəkilən idman portallarının bağlanmasına səbəb isə xəbərlərin şəhr yerində azarkeşlərin AFFA prezidenti Rövnəq Abdullayevin ünvanına təhqiramiz ifadələr yazması səbəb olub.

Məhz bu səbəbdən təzyiqlə üzləşən hər iki idman portallarının rəhbərləri saytların fəaliyyətini dayandırıblar. Bu barədə açıqlama verən "Premyerliqa.az" saytının rəhbəri Emin Abbasov baş verənlərdən xəbərsiz olduğunu bildirib:

"Saytım birdəfəlik bağlanıb. Həm "Xəzər TV"də, həm də saytdakı fəaliyyətim məqsədəuyğun deyildi. Ona görə də bu addımı atdım. Azarkeşlərin yazdıqlarına gəlincə isə saytımda son 6 ayda heç bir şəhr olmayıb. Bizdə əsasən videolar və müsahibələr yerləşdirilirdi.

Əgər belə yazılar gedibsə, mənim bundan xəbərim olmayıb. Bu barədə mənə heç bir məlumat verməyiblər. Hətta elə vəziyyət yaranmışdı ki, televiziyadan getmək istəyirdim. Ancaq bir qədər düşündükdən sonra saytı bağlamaq qərarına gəldim. Ümumiyyətlə isə saytın baş redaktoru Şahin Oğuz idi.

Bəzi işlərdə Şahinə kömək etsəm də, saytla məşğul olmaq üçün vaxtım olmurdu. O cümlədən bəzi qəzet və saytlardan da işçi dəvət etmişdik. Əvvəllər şərhlər olurdu. Lakin sonradan hiss edirdim ki, hər şeyə nəzarət etmək mümkün deyil. Ona görə də şərhləri aradan götürməyi qərara aldım. Mən bilən, artıq 6-7 aydır şərhlər yığışdırılıb. Başqalarını deyə bilmərəm, ancaq mənim saytım sırf bu səbəbdən bağlanmayıb. Yəqin ki, kimlərisə qane etməyib və bağlamağı tapşırıblar. Səbəblərini özləri bilirlər”.

“Penalti.az” ın rəhbəri Ceyhun Rzayev də saytının birdəfəlik bağlandığını və bu haqda danışmaq istəmədiyini bildirib (“Futbol+” qəzeti).

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi