"Qalatasaray"ın oyununda azarkeş bıçaqlandı

"Qalatasaray"ın oyununda azarkeş bıçaqlandı
XƏBƏR 12 Yanvar 2012 / 00:01 1521
-  A +

Futbol üzrə Türkiyə Kubokunda “Qalatasaray”la “Adana Dəmirspor” komandaları arasında İstanbuldakı “Türk Telekom Arena”da keçirilmiş oyun zamanı azarkeş bıçaqlanıb. Qol.Az-ın məlumatına görə, hadisə ikinci hissənin əvvəllərində baş verib.

“Qalatasaray”lı azarkeşlərin yer aldığı sektorda 10 dəqiqəyədək davam edən davada 16 yaşlı fanat yanbızından bıçaq zərbəsi alıb. Yaralı tərəfdara ilkin yardım stadionda göstərilib. Sonra o, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Təhlükəsizlik kameraları vasitəsilə olayın videogörüntülərini izləyən polislər 4 nəfəri həbs ediblər. Lakin bıçaq tapılmayıb. Görüş “Qalatasaray”ın qələbəsi ilə yekunlaşıb – 4:1. Lakin hadisə ilə əlaqədar stadionun 1 oyunluq qapanacağı gözlənilir.

Qeyd edək ki, “Türk Telekom Arena”da Azərbaycan milli komandası da oynayıb. 2011-ci il oktyabrın 11-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında millimiz Türkiyə yığmasına yenilib – 0:1.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi