"Xəzər Lənkəran" baxışa iki futbolçu çağırdı

"Xəzər Lənkəran" baxışa iki futbolçu çağırdı
XƏBƏR 11 Yanvar 2012 / 13:44 3030
-  A +

Bir neçə futbolçu hazırda “Xəzər Lənkəran” klubunda baxışdan keçir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, onlardan ikisi Belarusdandır.

Bunlar Anton Kovalevski və Maksim Karpoviçdir. Futbolçuların hər ikisi 1986-cı il təvəllüdlüdü.
 
Anton Kovalevski qapıçıdır. O, 2002-2004-cü illərdə Vitebsk “Lokomotiv”inin, 2004-2010-da – Novopolotsk “Naftan”ının, 2010-2011-də - Bobruysk “Belşina”sının və 2011-ci ildə Jodino “Torpedo”sunun şərəfini qoruyub.

Ümumilikdə Kovalevski ölkəsinin Premyer liqasında 102 oyun keçirib. Həmçinin bu futbolçu ölkəsinin milli komandalarında da çıxış edib: U-16 (2002-ci il, Avropa birinciliyinin seçmə oyunları), U-18 (2004-cü il, Avropa birinciliyinin seçmə oyunları), U-21 (2006-2008 Avropa çempionatı və seçmə oyunları; 2009-cu il gənclər arasında Avropa çemionatının final görüşləri). 2009-cu ildə Anton 2010-cu il dünya çempionatının seçmə oyununa da vətəninin milli yığmasına bir dəfə cəlb olunub. Həmin oyun Qazaxstana qarşı keçirilmişdi.
 
Maksim Karpoviç isə cinah müdafiəçisi qismində oynaya bilən mərkəz yarımmüdafiəçisidir. Bu futbolçu 2002-2004-cü illərdə Mozır şəhərinin “Slaviya” klubunda, 2004-2009-da - Novopolotsk “Naftan”ında, 2009-2010-da – Mogilyov “Dnepr”ində, 2011-ci ilin birinci yarısında Ukraynanın “Vorskla” (Poltava) klubunda, həmin ilin qalan hissəsində isə yenidən Novopolotsk “Naftan”ında çıxış edib.

Maksim Belarus Premyer Liqasında 170, Ukrayna Premyer liqasında 3, Avroliqada Mogilyovun “Dnepr” komandasının tərkibində 8 oyun keçirib. Yuxarıda göstərilən həmyerlisi kimi Karpoviç də Belarusiyanın U-16 (2002-ci il, Avropa birinciliyinin seçmə oyunları), U-18 (2004-cü il, Avropa birinciliyinin seçmə oyunları), U-21 (2006-2008 yeniyetmələrdən ibarət yığma komanda, Avropa çempionatı və seçmə oyunları) milli komandalarının üzvü olub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi