Messi üçüncü dəfə dünyanın ən yaxşı futbolçusu oldu

Messi üçüncü dəfə dünyanın ən yaxşı futbolçusu oldu
DÜNYA FUTBOLU 9 Yanvar 2012 / 23:22 2921
-  A +

Bu gün FİFA-nın qərargahının yerləşdiyi Sürix şəhərindəki “Kongresshaus”da keçirilən qala-gecədə Beynəlxalq Futbol Federasiyası və “France Football” jurnalının təsis etdiyi və dünyanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulan “FIFA Ballon d’Or”un, yəni “FİFA-nın Qızıl topu”nun 2011-ci il sahibinin adı açıqlanıb.

Qol.Az-ın məlumatına görə, 2009-cu ildən bəri bu mükafatı özündə saxlayan “Barselona” və Argentina yığmasının hücumçusu Lionel Messi ardıcıl 3-cü il sorğuda hamıdan çox səs toplayıb. Bununla da o, 1983, 1984 və 1985-ci illərdə dalbadal üç dəfə “Qızıl top”a sahib çıxmış fransalı Mişel Platininin nailiyyətini təkrarlayıb.

Xatırladaq ki, futbol yazarı Rasim Mövsümov da FİFA və “France Football” jurnalının keçirdikləri sorğuda KİV nümayəndəsi olaraq Azərbaycanı təmsil edib. O aşağıdakı şəxslərə səs verib:
“FIFA Ballon d’Or”
1. Xavi
2. Lionel Messi
3. Kriştianu Ronaldo


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi