"Azərreyl" ÇL-in son qalibini məğlub etdi

"Azərreyl" ÇL-in son qalibini məğlub etdi
XƏBƏR 15 Dekabr 2011 / 00:01 2127
-  A +

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu ötən gün Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, təmsilçimiz  turnirin son qalibi olan Türkiyə təmsilçisi “Vakıfbank TTelekom”la qarşılaşıb.

Hər iki komanda ilk 2 görüşündə qələbə qazandığından bu oyunda gələcək qələbə I dövrədə qrup liderini müəyyənləşdirəcəkdi.

Lakin komandamız rəqibinə heç bir şans verməyib. Hər üç setdə qələbə qazanan "Azərreyl" ilk dövrəni lider kimi başa vurub.

 

14 dekabr

"Azərreyl" (Azərbaycan) – “Vakıfbank TTelekom” (Türkiyə) - 3:0 (25:23, 25:21, 26:24 )


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi