"Çelsi" Torreslə yollarını ayırır

"Çelsi" Torreslə yollarını ayırır
XƏBƏR 14 Dekabr 2011 / 13:09 2907
-  A +

"Çelsi" ötən mövsüm "Liverpul"dan 50 milyon funt-sterlinqə aldığı Fernando Torresi satmağa hazırlaşır.

Qol.Az-ın məlumatına görə, böyük ümidlərlə transfer edilən Torresin uğursuz çıxışı rəhbərliyi də narazı salıb.

"Zadəganlar" qış transfer pəncərəsi dönəmində ispaniyalı futbolçunu 20 milyon funt-sterlinqə satmağı planlaşdırır.

Qeyd edək ki, 2011-ci ilin yanvar ayında "Çelsi"yə transfer edilən Torres bu müddət ərzində Premyer Liqada 3, Çempionlar Liqasında isə 2 qol vurub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi