“Trabzonspor” ikinci pilləyə yüksəldi, "Real" "Dinamo"nu darmadağın etdi

“Trabzonspor” ikinci pilləyə yüksəldi, "Real" "Dinamo"nu darmadağın etdi
DÜNYA FUTBOLU 23 Noyabr 2011 / 01:38 7188
-  A +

Bu axşam Çempionlar Liqasında qrup mərhələsinin V turunun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

A qrupunda “Napoli” öz meydanında “Mançester Siti”ni qəbul edib. Növbəti mərhələyə çıxmaq şansını saxlamaq üçün İtaliya təmsilçisi bu görüşdə qələbə qazanmalı idi ki, bunu da bacarıb - 2:1. Qrupun digər qarşılaşmasında isə qrup lideri “Bavariya” autsayder “Vilyareal”ı 3:1 hesabı ilə məğlub edib.
 
Azərbaycan futbolsevərlərinin diqqəti B qrupunda baş tutacaq oyunlara yönəlib. Burada “Trabzonspor” klubu səfərdə 1:0 hesabı ilə məğlub etdiyi “İnter”lə üz-üzə gəlib. Lakin səfərdəki oyundan fərqli olaraq bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Digər oyunda isə CSKA (Moskva) doğma azarkeşləri önündə “Lill”ə 0:2 hesabı ilə uduzub.

C qrupunun ən maraq doğuran oyunu isə “Mançester Yunayted” və “Benfika”  komandaları arasında baş tutub. Eyni xala malik olan komandaların mübarizəsində heç-heçə qeydə alınıb - 2:2. Qrupun digər matçında Rumıniyanın “Otselul” (Qalats) klubu İsveçrə “Bazel”inə 2:3 hesabı ilə məğlub olub.

D qrupunda isə qrup ikinciliyi uğrunda gərgin mübarizə gedir. Fransada üz-üzə gələcək “Lion” və “Ayaks” klublarının dueli də böyük maraq doğursa da, oyunda hesab açılmayıb - 0:0. Madridin “Real” klubu isə bu turda “Dinamo” (Zaqreb) komandası ilə qarşılaşıb və rəqibinə futbol dərsi keçib - 6:2.



22 noyabr

Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları


A qrupu

23:45. “Napoli” (İtaliya) – “Mançester Siti” (İngiltərə) - 2:1
Qollar: Kavani, 17 (1:0), Balotelli, 33 (1:1), 49 (2:1)

23:45. “Bavariya” (Almaniya) – “Vilyareal” (İspaniya) - 3:1
Qollar: Roben, 3 (1:0), Qomez, 24 (2:0), Quzman, 50 (2:1), Riberi, 69 (3:1)  

S

Komandalar

O

Q

H

M

Xal

1.

 “Bavariya”

5

4

1

0

13

2.

 “Napoli

5

2

2

1

8

3.

Mançester Siti

5

2

1

2

5

4.

Vilyareal”

5

0

0

5

0




B qrupu

21:00. CSKA (Moskva, Rusiya) – “Lill” (Fransa) - 0:2
Qollar:
Berezutski, 49-avtoqol (0:1), Sou, 64 (0:2)

23:45. “Trabzonspor” (Türkiyə) – “İnter” (İtaliya) - 1:1
Qollar: Alvarez, 18 (0:1), Altıntop, 23 (1:1)
 

S

Komandalar

O

Q

H

M

Xal

1.

 “İnter”

5

3

1

1

10

2.

Trabzonspor”

5

1

3

1

6

3.

Lill”

5

1

2

2

5

4.

 CSKA (Moskva)

5

1

2

2

5




C qrupu

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Benfika” (Portuqaliya) - 2:2
Qollar: Cons, 3-avtoqol (0:1), Berbatov, 30 (1:1), Fletçer, 59 (2:1), Aymar, 61 (2:2)

23:45. “Otselul” (Qalats, Rumıniya) – “Bazel” (İsveçrə) - 2:3
Qollar: F.Fray, 10 (0:1),  A.Fray, 14 (0:2), Streller, 37 (0:3), Giurgiu, 75 (1:3), Antal, 81 (2:3) 


S

Komandalar

O

Q

H

M

Xal

1.

“Benfika

5

2

3

0

9

2.

Mançester Yunayted

5

2

3

0

9

3.

Bazel”

5

2

2

1

8

4.

Otselul” (Qalats)

5

0

0

5

0




D qrupu

23:45. “Lion” (Fransa) – “Ayaks” (Hollandiya) - 0:0 (İkinci hissə)

23:45. “Real” (Madrid, İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 6:2
Qollar: Benzema, 2 (1:0), 66 (6:0), Kallehon, 6 (2:0), 49 (5:0), İquauin, 9 (3:0), Özil, 20 (4:0), Beçiray, 81 (6:1), Tomeşak, 90 (6:2)
 

S

Komandalar

O

Q

H

M

Xal

1.

Real” (Madrid)

5

5

0

0

15

2.

Ayaks”

5

2

2

1

8

3.

Lion”

5

1

2

2

5

4.

Dinamo” (Zaqreb)

5

0

0

5

0


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi