İngiltərə Premyer Liqası: "Mançester Yunayted"dən ilk xal itkisi

İngiltərə Premyer Liqası: "Mançester Yunayted"dən ilk xal itkisi
DÜNYA FUTBOLU 25 Sentyabr 2011 / 00:18 2557
-  A +

Ötən gün İngiltərə Premyer Liqasında VI turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Öz meydanında "Everton"u qəbul edən "Mançester Siti" klubu yalnız ikinci hissədə rəqibin müqavimətini qıra bilib. Fasilədən sonra iki qol vuran "Mançester Siti" növəbti 3 xalını qazanıb.

Doğma azarkeşlər önündə "Suonsi" ilə qarşılaşan "Çelsi" də meydanı 3 xalla tərk edib. İlk hissədə iki qol vuran "zadəganlar" fasilədən sonra daha iki dəfə fərqlənərək görüşdən qalib ayrılıblar.

Son zamanlar heç də yaxşı günlərini yaşamayan "Arsenal" isə Premyer Liqanın autsayderi "Bolton"u qəbul edib. İkinci hissədə coşan "topçular" rəqibi 3 dəfə məyus etməklə mövsümdə ikinci qələbələrini qazanıblar. 

"Tottenhem" səfərdə "Uiqan", "Liverpul" isə öz meydanında "Vulverhempton"dan üstün olub - 2:1. "Nyukasl" "Bləkbörn"ü 3:1 hesabı ilə məğlub edərkən, "Vest Bromviç" - "Fulhem" oyununda isə qapılara qol vurulmayıb.

 

24 sentyabr

İngiltərə Premyer Liqasının VI turunun oyunları

"Mançester Siti" - "Everton" - 2:0
Qollar:
Balotelli, 68 (1:0), Milner, 89 (2:0)

"Arsenal" - "Bolton" - 3:0
Qollar:
Van Persi, 46 (1:0), 71 (2:0), Sonq, 89 (3:0)

"Çelsi" - "Suonsi" - 4:1
Qollar:
Torres, 29 (1:0), Ramires, 36 (2:0), 76 (3:0), Vilyams, 86 (3:1), Droqba, 90 (4:1)

"Liverpul" - "Vulverhempton" - 2:1
Qollar:
Conson, 11-avtoqol (1:0), Suares, 38 (2:0), Fletçer, 49 (2:1)

"Uiqan" - "Tottenhem" - 1:2
Qollar:
Van der Vart, 3 (0:1), Baeyl, 23 (0:2), Diame, 50 (1:2)

"Vest Bromviç" - "Fulhem" - 0:0

"Nyukasl" - "Bləkbörn" - 3:1
Qollar:
Demba, 27 (1:0), 30 (2:0), 54 (3:1), Hoylett, 37 (2:1),

"Stok Siti" - "Mançester Yunayted" - 1:1
Qollar:
Nani, 27 (0:1), Krauç, 52 (1:1)

 

25 sentaybr

"Kvins Park Reyncers" - "Aston Villa"


26 sentyabr

"Norviç" - "Sanderlend"



Team

P

W

D

L

Pts

Mançester Yunayted

6

5

1

0

16

Mançester Siti”

6

5

1

0

16

“Çelsi”

6

4

1

1

13

Nyukasl

6

3

3

0

12

Liverpul

6

3

1

2

10

Tottenhem

5

3

0

2

9

Stok Siti”

6

2

3

1

9

Aston Villa

5

1

4

0

7

Everton

5

2

1

2

7

“Kvins Park Reyncers

5

2

1

2

7

“Volverhempton

6

2

1

3

7

Arsenal

6

2

1

3

7

Sanderlend

5

1

2

2

5

Norviç”

5

1

2

2

5

“Uiqan

6

1

2

3

5

Suansi

6

1

2

3

5

Fulhem

6

0

4

2

4

Bləkbörn

6

1

1

4

4

“Vest Bromviç”

6

1

1

4

4

Bolton

6

1

0

5

3


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi