“Qarabağ” “Simurq”la oyunun hazırlıqlarına başladı

XƏBƏR 17 Mart 2009 / 16:43 2251
-  A +

Bazar günü keçirilmiş “Qəbələ”yə matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 günlük istirahət vermişdi. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi bu gün komandamız bir məşqlə kifayətlənib. Səhərki çalışma Suraxanı qəsəbə stadionunda baş tutub. Təxminən 2 saat davam edən mşqdə daha çox bərpaedici təmrinlərə əsaslanan çalışma həyata keçirilib. Hazırlıq prosesində komandanın kapitanı Aslan Kərimov iştirak etməyib. Digər zədəli Aftandil Hacıyevın isə sağlamlıqla bağlı bir problemi yoxdur. Baş məşqçi şans verəcəyi təqdirdə müdafiəçi “Simurq”la oyunda meydana çıxa biləcək.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi