“Topaz” “Neftçi” və “Xəzər Lənkəran”ı çempion görür

“Topaz” “Neftçi” və “Xəzər Lənkəran”ı çempion görür
ETOPAZ 10 Avqust 2011 / 15:48 4069
-  A +

“Topaz” daha bir yeniliyə imza atıb. Qol.Az saytının məlumatına görə, fanatlar bir neçə ölkə çempionatının qalibini indidən müəyyənləşdirməklə əmanətlərini artıra bilərlər.

“Topaz” İtaliya, İspaniya, İngiltərə, Şotlandiya, Fransa, Almaniya, Hollandiya, Belçika və Portuqaliya birincilikləri ilə bağlı pul qoyuluşu qəbul edir.

Azarkeşlər, həmçinin Azərbaycan Premyer Liqasının da çempionunu indidən müəyyənləşdirə bilərlər. “Topaz” çempionatımızın qalib olmağa daha real son çempion “Neftçi”ni və “Xəzər Lənkəran”ı favorit hesab edir.

Bunun üçün hər 2 klubun qızıl medallara yiyələnməsi 3,50 əmsalla qiymətləndirilib. “Bakı” və ya “Qəbələ”nin hamını qabaqlaması 4,50 əmsaldır. Birinci olmaq şanslarında “Qarabağ”a 5,50, “İnter”a 17,00 və AZAL-a 30,00 əmsal verib.

Digər klublarımızın çempionluğu isə 80,00 əmsalla qiymətləndirilib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi