Kasilyasla Ronaldo qız üstə «düşmən» oldular (FOTO)

Kasilyasla Ronaldo qız üstə «düşmən» oldular (FOTO)
DÜNYA FUTBOLU 17 Dekabr 2010 / 13:45 3660
-  A +

Madridin «Real» klubunun futbolçuları İker Kasilyasla Kriştiano Ronaldo arasında soyuq münasibət davam etməkdədir. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu dəfə İkerin nişanlısı olan telejurnalist Sara Karboneronun sözləri yeni qalmaqala səbəb olub. Sara verilişində «Ronaldo eqoistdir. Amma «Real» hər şeyə rəğmən onu transfer etdi. Bu zülümə görə də hələ də «əzilir» - deyib. Bunu eşidən Ronaldo Kasilyasa “Nəyə görə nişanlının haqqımda belə danışmasına icazə verirsən” - deyə etiraz edib. İspaniyalı qapıçının buna cavab olaraq söylədiyi “O, jurnalistdir və fikir yürütmək haqqı var» sözləri münasibətləri daha da gərginləşdirib.
Hazırda portuqaliyalı futbolçunun komandada yalnız buraxıldığı, yalnız Pepe və Di Maria ilə dostluq etdiyi bildirilir.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi