“Arsenal” dramatik oyunda qələbəni 90+5-ci dəqiqədə əldən verdi

“Arsenal” dramatik oyunda qələbəni 90+5-ci dəqiqədə əldən verdi
XƏBƏR 19 Sentyabr 2010 / 13:18 1715
-  A +

İngiltərə çempionatında 5-ci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, hesabat turunun əksər qarşılaşmaları dünən baş tutan ilk oyun günündə keçirilib. Lakin maraqlıdır ki, 7 oyundan 4-ü 1:1 hesabıyla nəticələnib. Ən maraqlı qarşılaşma isə “Sanderlend”lə “Arsenal” arasında baş tutub. Cari mövsüm qarşısına çıxanı darmadağın edən londonlular səfər matçında erkən qol vursa da, dramatik məcrada keçən oyundan 1 xalla ayrılıb. 55-ci dəqiqədə azlıqda qalan Arsen Vengerin komandası 74-cü dəqiqədə hətta Rosiçkiylə penalti şansından da yararlana bilməyib. Belədə 90+5-ci dəqiqədə rəqib qapısına yol tapan sanderlendlilər məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. “Tottenhem”lə “Vest Bromviç” doğma meydanda hesabda geri düşdükləri qarşılaşmanı ikinci hissədə vurduqları 3 qolla eyni hesablı qələbəylə (3:1) başa vurduğu halda, “Nyukasl” səfərdə “Everton”u məğlub edib.
Hesabat turuna bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.

İngiltərə Premyer Liqası
5-ci tur
18 sentyabr

“Stok Siti” – “Vest Hem” – 1:1
Qollar: Cons, 48 - Parker, 32.

Aston Villa” – “Bolton” – 1:1
Qollar: Yonq, 13 – Deyvis, 35.

“Blekbern” – “Fulhem” – 1:1
Qollar: Samba, 30 – Dempsi, 56.

“Everton” – “Nyukasl” – 0:1
Qol: Ben Arfa, 45.

“Tottenhem” – “Vulverhempton” – 3:1
Qollar: Van der Vaart, 77-pen. Pavlyuçenko, 87. Hutton, 90 - Fletçer, 45.

“Vest Bromviç” – “Birmingem” – 3:1
Qollar: Dann, 51-öz qapısına. Odemvinçe, 59. Olsson, 69 - Jerom, 15.

“Sanderlend” – “Arsenal” – 1:1
Qollar: Bent, 90+5 - Fabreqas, 13.
Matçın 55-ci dəqiqəsində “Arsenal”ın oyunçusu Sonq qırmızı vərəqə ilə cəzalanıb. 74-cü dəqiqədə isə London klubunun digər üzvü Rosiçki penaltidən yararlana bilməyib.

19 sentyabr

16:30. “Mançester Yunayted” - “Liverpul”
18:00. “Viqan” – “Mançester Siti”
19:00. “Çelsi” – “Blekpull”

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi