Premyer Liqada turun mərkəzi oyunu Rövşən Əhmədova tapşırıldı

Premyer Liqada turun mərkəzi oyunu Rövşən Əhmədova tapşırıldı
XƏBƏR 16 Sentyabr 2010 / 11:43 1871
-  A +

Hakimlər Komitəsi Unibank Premyer Liqasının 6-cı turunun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, şənbə və bazar günü keçiriləcək qarşılaşmaları aşağıdakı hakimlər briqadaları idarə edəcək.

Unibank Premyer Liqası
6-cı tur
18 sentyabr (şənbə)

“Muğan” – “Xəzər Lənkəran”
Hakimlər: Anar Salmanov, Elman Musayev, Elşən Acalov, Fuad Həsənov.
Salyan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00

“Gəncə” – “Turan”
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
Gəncə. Şəhər stadionu. Saat 17:00

MOİK – “Neftçi”
Hakimlər: Ceyhun Haşımov, Aydın Ələkbərov, Elşən Durmuşov, Hacıəli Ağayev.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadion. Saat 17:00

19 sentyabr (bazar)

“Qəbələ” – “İnter”
Hakimlər: Elnur Muradov, Munis Abdullayev, Vaqif Musayev, Əmrah İbrahimov.
Qəbələ. Şəhər stadionu, süni örtüklü meydança. Saat 17:00

“Simurq” – “Bakı”
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İlham Əliyev, Ramil Diniyev.
Zaqatala. Şəhər stadionu, süni örtüklü meydança. Saat 17:00

“Qarabağ” – AZAL
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Azad Q. Hüseynov, Alik Yunusov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:10

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi