“09” ixtisara düşdü, oldu “Şuşa”

XƏBƏR 13 Sentyabr 2010 / 14:38 2155
-  A +

Azərbaycan milli futbol çempionatının debütantı – bu mövsümdən I Divizionda çıxış edən “Şuşa-09” komandası adında dəyişiklik aparıb. İndi komanda “Şuşa” adlanır. İşğal altında olan şəhəri təmsil edən futbol klubu ötən ilin iyununda təsis olunarkən Ədliyyə Nazirliyində “Şuşa-09” kimi qeydə alınmışdı. Klubun prezidenti Azəri Hüseynov sentyabrın 13-də “Media forum” saytına açıqlamasında deyib ki, komandanın adını şuşalıların, futbol ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təkliflərini nəzərə alaraq dəyişiblər: “09 əlavəsi klubun təsis olunduğu 2009-cu ilə işarə idi, bu əlavəsiz də keçinmək olar”.

Azəri Hüseynov bildirib ki, mövsümün ilk iki oyununda uduzsalar da (“Anşad-Petrol”a 0:5, “MKT-Araz”a 0:1) qətiyyən ruhdan düşməyiblər: “Biz əvvəldən demişik ki, ilk mövsümdə komandanı tam komplektləşdirmək, təcrübə toplamaq məqsədi qoymuşuq. Debütant komandayıq, inşallah, yavaş-yavaş hər şey yoluna düşəcək. İlk oyunda biz ağır hesabla uduzmuşduq, “MKT-Araz”la səfər matçında isə yalnız son dəqiqələrdə buraxdığımız yeganə topla yenildik. Var qüvvəmizlə mübarizə aparıb yaxşı nəticələr əldə etməyə çalışacağıq”.

“Şuşa” komandasının müvəqqəti bazası “Ədliyyə” stadionunda yerləşir, klub ev oyunlarını da orada keçirir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi