“Yuventus” yenə qələbəyə həsrət qaldı, “Fiorentina” uduzdu

“Yuventus” yenə qələbəyə həsrət qaldı, “Fiorentina” uduzdu
XƏBƏR 13 Sentyabr 2010 / 13:20 1844
-  A +

İtaliya A Seriyasında ikinci tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, hesabat turunun ilk oyun günündə 3 oyun baş tutub. Son ölkə çempionu doğma meydanda “Udineze”ni qəbul edib və çətinliklə də olsa, ilk qələbəsini rəsmiləşdirib. Milan təmsilçisinin son illərdə çempionluq uğrundakı əsas rəqiblərindən olan “Roma” isə biabırçı məğlubiyyətlə üzləşib. Səfərdə “Kalyari”nin qonağı olan paytaxt təmsilçilərinə matçın əvvəlindən etibarən azlıqda mübarizə aparmaq baha başa gəlib. Rəqib qapısından 5 top keçirən meydan sahibləri sensasion qələbəyə sevinib. Daha bir sürpriz nəticə isə səfərdə “Çezena”nın qonağı olan “Milan”ın oyununda qeydə alınıb. Cari mövsümə böyükhesablı qələbə ilə başlayan milanlılar bu dəfə məğlubiyyətdən yaxa qurtara bilməyib.
Tura dünən gecə keçirilən oyunlarla yekun vurulub. “Fiorentina” səfərdə “Leççe”yə uduzduğu halda, “Latsio” qələbə qazanıb. “Yuventus” isə “Sampdoriya” ilə 6 qolun vurulduğu ev oyununda bu dəfə 1 xala sevinmək məcburiyyətində qalıb.

İtaliya A Seriyası
2-ci tur
11 sentyabr

“İnter” – “Udineze” – 2:1
Qollar: Lusio, 7. Eto´o, 67 – Flores, 31.
Oyunun 67-ci dəqiqəsində “İnter”in hücumçusu Samuel Eto´o penaltidən yararlana bilməyib.

“Kalyari” – “Roma” – 5:1
Qollar: Konti, 8. Matri, 23-pen; 47. Akvafreska, 38. Latsari, 88 – De Rossi, 18.
“Roma”nın heyətində Nikolas Burdisso matçın 28-ci dəqiqəsində qırmızı vərəqə alıb.

“Çezena” – “Milan” – 2:0
Qollar: Boqdani, 31. Qyaççerini, 44.
Matçın 87-ci dəqiqəsində “Milan”ın hücumşusu Zlatan İbrahimoviç penaltidən yararlana bilməyib.

12 sentyabr
“Breşiya” – “Palermo” – 3:2
Qollar: Dallamano, 3. Eder, 28. Karraçyolo, 43-pen. – Pastore, 23. Balsaretti, 83.

“Kataniya” – “Parma” – 2:1
Qollar: Maskara, 12-pen. Antenuççi, 82-pen. – Covinko, 90.
Matçın 90-cı dəqiqəsində “Parma”nın oyunçusu Lukarelli qırmızı vərəqə ilə cəzalanıb.
 
“Cenoa” – “Kyevo” – 1:3
Qollar: Destro, 6 – Moskardelli, 45. Markolini, 56. Pellisye, 74.
 
“Yuventus” – “Sampdoriya” – 3:3
Qollar: Markizio, 43. Pepe, 50. Kvalyarella, 67 – Potsi, 36; 73. Kassano, 64.
 
“Latsio” – “Bolonya” – 3:1
Qollar: Mauri, 68. Rokki, 75. Hernanes, 90-pen. – Mudinqayi, 78.
 
“Leççe” – “Fiorentina” – 1:0
Qol: Mişel, 9.
 
“Napoli” – “Bari” – 2:2
Qollar: Kavani, 30. Kannavaro, 87 – Barreto, 12. Kastilyo, 88.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi