"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçusu Lionel Messi haqda danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçunu "Barselona" rəhbərliyi ilə problem yaşadığı vaxt transfer etməyi düşünmədiyini deyib: "Messini transfer etməyə çalışmadım. Çünki bizim o mövqedə yetərli oyunçularımız var. Messi ilə bağlı söyləməli olduğum bir şey yoxdur. Leo özünü çox yaxşı ifadə etdi. O, mənim sevdiyim komanda olan "Barselona"nın oyunçusudur. Messinin gələcək üçün planlarının nə olduğunu bilmirəm. Mən "Barselona"da belə oyunçularla çalışdığım üçün şanslıyam".
Qeyd edək ki, Messi bu ay "Barselona"dan ayrılmaq istəsə də, klub rəhbərliyi onunla müqaviləni ləğv etməmişdi. 33 yaşlı oyunçunu "Mançester Siti"nin transfer etmək istədiyi iddia olunurdu.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi