“Bu gün komanda bütün ruhunu meydanda qoydu, sona qədər mübarizə apardı”.
Qol.az xəbər verir ki, bu sözləri “Molde”nin baş məşqçisi Erlinq Mo Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.
O, hədəflərinin qrupa düşmək olduğunu söyləyib: “Bu qələbə insana eyforiya, ecazkar bir hiss verir. Yaşıl meydanlarda bunu tez-tez yaşamırıq. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. Bu, həm də ciddi gəlir mənbəyi deməkdir. Maliyyə hesabatında yaxşı olduğumu deyə bilmərəm. Ancaq bu baş verərsə, böyük təminat qazanmış olarıq. Bizi dəstəkləyən etibarlı sponsorlarımız var. Bu da iddialı olmaq, gələcəyə nikbin baxmaq imkanı yaradır”.
Mo matçın 102-ci dəqiqəsində Etzaz Hussainin penalti zərbəsini qaçırmasına da münasibət bildirib: “Əslində penaltini Ohi Omoyjuanfo vurmalı idi. Ancaq Etzaz Hussain məsuliyyəti üzərinə götürdü. Qolla nəticələnməsə də, onun yükün altına girməsi böyük məsuliyyət idi. Düşünürəm ki, Etzaz həmin an əsl xarakter, cəsarət nümayiş etdirdi”.
Xatırladaraq ki, Norveç çempionu "Qarabağ"ı penaltilər seriyasında üstələyərək (6:5) pley-offa yüksəlib.
"Şamaxı" mükafatlandırıldı - Şəkillər
Draqan Stoykoviçlə bağlı qərar verildi
"Mançester Siti" 39 yaşlı futbolçu ilə müqaviləni yenilədi
“Qarabağ”ın futbolçusu Türkiyədə gözəl qol vurdu - Video
İtaliya millisinin Avro-2024 üçün ilkin heyəti
"Neftçi"nin sabiq futbolçusu karyerasını başa vurdu
Azərbaycanın daha bir cüdoçusu dünya çempionu oldu
Rahil Məmmədovun baş məşqçisi ilə yollar ayrılır
"Əl-Hilal"dan onun üçün 100 milyon avro
Çeferin Peresi axmaq və irqçi adlandırıb
Niderland millisinin Avro-2024 üçün heyəti
Mourinyo "Roma"ya söz atdı
Tiaqo Motta klubundan ayrıldı
Bundesliqada may ayının ən yaxşı qolları - Video
Lopeteqininin yeni klubu rəsmiləşdi
Kyellini "Yuventus"a qayıdır
Azərbaycandan avrokuboklara getməyə kim daha çox layıqdir?
"Atletiko" Qrizmannla bağlı qərar verdi
"Azərreyl" baş məşqçisi ilə müqavilənin müddətini uzatdı
"Milan" gələn mövsüm bu formalarla oynayacaq - Şəkillər
"Qarabağ" Avropada bu göstəricilərdə TOP-10-a düşdü
"Mançester Siti"nin Bernardo Silva qərarı
Lunyovdan "Qarabağ"la yeni müqavilə xəbərinə münasibət
Son 7 mövsümün rekordu təkrarlandı