“Neftçi”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında sonuncu dəfə 2019-cu il noyabrın 9-da “Keşlə”yə 1:2 hesabı ilə uduzan bakılılar 276 gündən sonra “Sumqayıt”a məğlub olub. Bu dəfə 0:2 hesablı məğlubiyyət alan “ağ-qaralar”ın 10 matçlıq seriyası sona çatıb. Bu müddətdə “Neftçi” 6 oyunda qələbə qazanıb, 4 matçda heç-heçə edib.
Bütün turnirlər nəzərə alınmaqla isə son məğlubiyyət ötən il dekabrın 16-da qeydə alınmışdı. Həmin vaxt Azərbaycan kubokunun “Sumqayıt”la görüşündə 0:1 hesabı ilə uduzan “Neftçi” 239 gündən sonra məğlubiyyət alıb. Ardıcıl 9 görüşdə yenilməyən paytaxt klubu 5 qələbə və 4 heç-heçəyə sevinib.
Bu, həm də baş məşqçi Füzuli Məmmədovun karyerasında ilk məğlubiyyət olub. Debütü 2020-ci il fevralın 1-də elə “Sumqayıt”la oyunda (1:1) gerçəkləşən mütəxəssis ümumilikdə 8, Premyer Liqada 7 məğlubiyyətsiz oyun keçirib. Bu görüşlərdən üçü heç-heçə bitibsə, çempionatda 4, bütün turnirlərdə 5 qələbəyə şahid olub.
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu
Arteta, Qvardiola...
Almaniya millisinin heyəti açıqlandı
"Barselona"da yeni müqavilə olacaq
"Kopenhagen" Bakıda loqosuz forma ilə oynadı
2-ci liqada oyunların saatı bilindi
Tovuz stadionunda işlər yekunlaşmaq üzrədir - Video
Debüt matçında zədələndi, 1 il oynamayacaq
Finala ən ucuz biletin qiyməti 2030 dollardır
Xankəndidə III MDB Oyunlarına start verildi
Türkiyə klublarının avrokubok oyunları bu kanallarda
Dini bayrama görə Çempionlar Liqasında oynamadı
"Kəpəz"də baş məşqçinin köməkçiləri müəyyənləşdi
PSJ "Barselona"ya belə qalib gəldi - Video
Qurban Qurbanovdan Mourinyoya cavab
Addainin qolu həftənin ən yaxşısı adına namizəd oldu - Video
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazandı
İki boksçumuz Avropa çempionatının 1/4 finalında