"Latsio" "Fənərbaxça" ilə danışıqlara başladı - Rəsmi

"Latsio" "Fənərbaxça" ilə danışıqlara başladı  -  Rəsmi
XƏBƏR 10 Sentyabr 2020 / 19:09 3722
-  A +

“Fənərbaxça” futbolçusu Vedat Muriqinin "Latsio"ya keçəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
 
Qol.az xəbər verir ki, klubun rəsmi saytı 26 yaşlı hücumçuya görə Roma təmsilçisi ilə danışıq apardıqlarını açıqlayıb.
 
2019-cu ilin yayında “Fənərbaxça”ya transfer edilən Muriqinin klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. 
 
Qeyd edək ki, "Sky Sport İtalia" nəşri "Latsio"nun kosovalı forvardla 5 illik müqavilə imzalayacağını yazıb.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır