"Bu, ilk matçdan fərqli olacaq. Monteneqroya qarşı görüşdə müəyyən zəmin yaratdıq. Bəzi müsbət məqamları gördüm".
Qol.az xəbər verir ki, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis komandasının Monteneqroya uduzduqdan sonra yığmamızla görüşdə yalnız qələbəyə kökləndiklərini bildirib: “Bu görüş vacibdir. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək istəyirik. Monteneqroya məğlubiyyətdən (0:2) sonra futbolçuların üzündəki məyusluğu gördüm. Bu, onların qələbəni nə qədər arzuladıqlarından xəbər verir. Azərbaycanla görüşdə kimin meydana çıxacağına sabah qərar verəcəyik”.
Valem Millətlər Liqasının inkişaf etmək üçün əla fürsət olduğunu vurğulayıb: “İşlər bir gecədə dəyişə bilməz. Bunun üçün vaxt və səbr lazımdır. Millətlər Liqasının bizim üçün nə demək olduğunu başa düşürük. Realist olmalıyıq, bu turnir vasitəsilə inkişaf etmək istəyirik. Futbolda unutmamalı olan ilk şey qələbə qazanmaq üçün oynamaqdır. Bunu unutsan, başqa peşəyə yönəlməlisən".
Qeyd edək ki, sabah Nikosiyada keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı