Koutinyo "Barselona"ya qayıtdı, məşqə başladı

Koutinyo "Barselona"ya qayıtdı, məşqə başladı
XƏBƏR 4 Sentyabr 2020 / 14:40 3098
-  A +

"Bavariya" ilə icarə müqaviləsi başa çatan Filippe Koutinyo müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıdıb.

Qol.az klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandanın hazırlıqlarına qoşulub. Braziliyalı oyunçuya sentyabrın 8-dək istirahət verilsə də, o, komanaya erkən qoşulmağa qərar verib.

"Mundo Deportivo"nun yazdığına görə, yeni baş məşqçi Ronald Kuman Koutinyoya güvənmək fikrindədir.

Qeyd edək ki, Koutinyo "Bavariya" ilə Çempionlar Liqasında son mövsümün qalibi olub.

Daha çox


Son xəbərlər