"Fənərbaxça"dan yeni transfer - Rəsmi

"Fənərbaxça"dan yeni transfer - Rəsmi
DÜNYA FUTBOLU 28 Avqust 2020 / 22:26 6039
-  A +

"Fənərbaxça" növbəti transferini həyata keçirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq Meksika "Tiqres"ində çıxış edən Ennder Velansiyanı heyətinə qatıb. 30 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ekvadorlu oyunçu İngiltərənin "Vest Hem" və "Everton" kimi klublarında da çıxış edib.

Daha çox


Son xəbərlər