"Arsenal" onları birdəfəlik aldı

"Arsenal" onları birdəfəlik aldı
XƏBƏR 24 Avqust 2020 / 21:22 3543
-  A +

"Arsenal" ötən mövsüm icarəyə götürdüyü futbolçular Pablo Mari və Sedrik Soareşi biridəfəlik heyətinə qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Britaniya mətbuatı müdafiəçi Mari üçün "Flamenqo"ya 8 milyon avro təzminat ödənildiyini yazıb. London təmsilçisi digər müdafiəçi Soareşi isə "Sauthempton"dan pulsuz alıb.

Qeyd edək ki, Mari ötən mövsüm "Arsenal"da 3, Soareş isə 5 matçda iştirak edib.


Son xəbərlər
16.08.25  14:09

Bellinqem hazırdır

16.08.25  09:15

Messi qayıtdı