"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, bu mərhələdə "Sileks"lə (Şimali Makedoniya) qarşılaşacaq Ağdam klubununun çalışdırıcısı bildirib: "Püşkü səbrsizliklə gözləyirdik. Mart ayından bu tərəfə rəsmi oyunlarımız yox idi, ona görə bu günü gözləyirdik. Belə bir turnirdə bir oyunluq mərhələyə nəsə fikir bildirmək çətindir. Rəqib haqqında ən qısa zamanda məlumat toplayacağıq. Rəqiblə durumumuz eynidir, onlar da mart ayında çempionatlarını tamamlayıblar. Sadəcə "Sileks" bu gün ölkə çempionatlarında ilk oyunlarına çıxır. Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyunlarını martda keçirib. Komanda və oyunçuları haqqda istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq".
Q.Qurbanov deyib ki, bu oyuna çox düzgün hazırlaşmalıdırlar: "Oyunumuz evdədir, ilk olaraq öz komandamı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə ki, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda həddən artıq diqqətli olmalıyıq və güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək yaxşı nəticə əldə edə bilərik. Hər bir halda bu mərhələnin bir oyunda keçirilməsi heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək".
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı
“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama
"Turan Tovuz"da yeni müqavilə
“Real”ın gənc oyunçusu “Marsel”ə keçə bilər
Ter Ştegen üçün İngiltərədən üç təklif
Premyer Liqada 700-cü, səfərdə 350-ci
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı
“Məşqçilik karyeramda yaşadığım ən pis gündür” - Arda Turan
“Barselona” Arauxo üçün 40 milyon avro tələb edir
Lunyov “Qarabağ”la bağlı suala belə cavab verdi
"Kəpəz"in 7-ci uğursuzluğu
Azərbaycan gimnastı dünya kuboku seriyalarının qalibi oldu
Emin Mahmudov üçün yubiley
Qvardiola Premyer Liqada tarixi rekorda imza atdı
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri