İbrahimoviç qərarını verdi

İbrahimoviç qərarını verdi
XƏBƏR 31 İyul 2020 / 00:30 4727
-  A +

Zlatan İbrahimoviç "Milan"da qalmaq qərarına gəlib.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Bildirilib ki, yeni müqavilə ilə bağlı danışıqlar hələ başlamayıb. Ancaq tərəflər razılığa gələcəklərinə şübhə etmirlər.

Yaxın günlərdə müqavilənin müddətinin uzadılması ilə bağlı bir görüşün olacağı gözlənilir.

Nəşr yazıb ki, 38 yaşlı hücumçu ilə müqavilə yenilənəcəyi təqdirdə, o, hər mövsüm üçün 4 milyon avro və əlavə bonuslar alacaq.

Daha çox


Son xəbərlər
24.05.25  12:10

"Napoli"dən ilk