Pele Ronaldo və "Yuventus"u təbrik etdi

Pele Ronaldo və "Yuventus"u təbrik etdi
XƏBƏR 28 İyul 2020 / 13:44 2784
-  A +

Dünya futbolunun canlı əfsanəsi Pele "Yuventus"u A seriyasının qalibi olmasına münasibət bildirib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Turin klubunun çempionluq qazanmasında Kriştiano Ronaldonun rolunun xüsusilə vurğulayıb.

"Ronaldo hamıya müvəffəqiyyətin həmişə onunla gəldiyini sübut edir. O, müasir idmançıdır.

Bundan başqa, möhtşəm oyunçular Duqlas Kosta, Aleks Sandro və Danilo Luisə də təşəkkür etmək istəyirəm. "Yuventus"u İtaliya çempionu olmaq münasibətilə təbrik edirəm".

Qeyd edək ki, "Yuventus" ardıcıl 9-cu dəfə ölkə çempionu olub.


Son xəbərlər