Futbolçu karyerasını başa vuran “Qarabağ” və Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadıqov “İctimai TV”də yayımlanan “Bol idman” verilişinin qonağı olub.
Qol.az xəbər verir ki, o, veriliş zamanı maraqlı fikirlər səsləndirib.
R. Sadıqov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda da danışıb: "Bəli, Maksim Medvedevlə Rauf Əliyevi ilk dəfə Rasim Kara oynadıb. Amma o vaxt "Qarabağ" 5-6-cı yer üçün mübarizə aparırdı. Qurban Qurbanov isə onları avrokuboklarda meydana buraxdı. Əfran Ismayılov 4-5 ay ərzində "Turan"da 10 matç keçirmişdi, Qurban müəllim onu "Honka"ya qarşı start heyətinə saldı. Deyirlər, Qurbanov risk etməyi sevmir. Mən heç vaxt avrokukuboklarda 5-6 gənc futbolçunu meydana buraxmazdım. Qurbanov isə bu riski məşqçilik karyerasının ilk illərində etdi. O, risk edir, amma ağılla. Məsələn, heç vaxt oyuna 3 hücumçuyla başlamaz və ya 90-cı dəqiqədə meydana ikinci forvardı buraxmaz. Bu, tribunaya oynamaqdır. Qurban Qurbanov heç vaxt tribunaya oynamır".
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi