Ançelotti haqda 1 milyonluq ittiham

Ançelotti  haqda 1 milyonluq ittiham
XƏBƏR 22 İyun 2020 / 17:20 2276
-  A +

“Everton”un baş məşqçisi Karlo Ançelotti vergidən yayınmaqda ittiham olunur.

Qol.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

İspaniya hüquq-mühafizə orqanları italiyalı mütəxəssisin “Real”ı çalışdırarkən – 2014-2015-ci illərdə 1 milyon avro vergidən yayındığını iddia edir. Ançelottinin imic hüquqlarından əldə olunan gəlirlərini gizlətdiyi bildirilib.

Qeyd edək ki, 2019-cu ilin dekabrından “Everton”u çalışdıran 61 yaşlı mütəxəssis, bundan əvvəl “Napoli”, “Bavariya”, “Real”, PSJ, “Çelsi” kimi klublarda da baş məşqçi olub.

Son xəbərlər