Üç futbolçuda koronavirus aşkarlandı – MLS-də

Üç futbolçuda koronavirus aşkarlandı –  MLS-də
DÜNYA FUTBOLU 21 İyun 2020 / 20:08 1324
-  A +

ABŞ-ın yüksək liqasında (MLS) mübarizə aparan klublar növbəti dəfə koronavirus testindən keçirilib.

Qol.az xəbər verir ki, testlərdən üçünün nəticəsi müsbət çıxıb. Onların hər üçünün futbolçu olduğu bildirilir. “Atlanta Yunayted”də iki, “İnter Mayami”də isə bir futbolçunun analizi müsbət nəticə verib. Bu barədə sözügedən klubların rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, mart ayından dayandırılan MLS-də Liqasının iştirakçılarının iyulun 8-də fərqli formatda təşkil olunacaq turnirdə mübarizə aparacaqları açıqlanıb.


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda