Tarixində 31-ci dəfə çempionluğunu rəsmiləşdirən Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti əslən azərbaycanlı Qabor Qubadovdur.
Qubadov Azərbaycanın Naxçıvan bölgəsindəndir, ailəsi ötən əsrdə Macarıstana köçüb. O, 2006-cı ildən Macarıstan Milli Məclisinin deputatıdır.
Atası azərbaycanlı, anası isə macar olan Qubadov orta təhsilini Peşterjebetdə alıb. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb.
54 yaşlı funksioner 2008-ci ildə keçirilmiş referendumda və 2009-cu il Macar Avropa Parlamenti seçkilərində fəal iştirak edib. 2006-cı ildən Macarıstan parlamentinin üzvü olan siyasətçi bu il Macarıstanın 10 ən görkəmli şəxsindən biri seçilib. Ailəlidir, Emma, Marsel və Oliviya adında 3 övladı var.
"Ferentsvaroş" Macarıstanın ən titullu klubu sayılır. Ləqəbi "yaşıl qartallar" olan komanda çempionluqlardan əlavə, 23 dəfə ölkə kubokunu qazanıb və 1974/1975 mövsümündə Avropa Kuboklar Kubokunun finalçısı olub. Həlledici görüşdə bu klub Kiyev "Dinamo"suna uduzub - 0:3. "Yaşıl-ağlar"ın hazırkı baş məşqçisi məhz ukraynalı Sergey Rebrovdur.
1899-cu ildə yaranan "Ferentsvaroş" ev oyunlarını 22 min azarkeş tutumuna malik “Qroupama Arena”da keçirir. Stadion məhz 2011-ci il fevralın 15-də klub prezident seçilən Qubadovun dövründə - 2013-cü ildə tikilib. Paytaxt təmsilçisi 2006-cı ildə ölkənin ən yaxşı klubu seçilib.
"Ferentsvaroş" bu mövsüm sona 3 tur qalmış qızıl medalları təmin edərək, Çempionlar Liqasına vəsiqə qazanıb və Azərbaycan Premyer Liqasının qalibi üçün potensial rəqib olub. (Report)
"Sumqayıt"dan mövsümə əla başlanğıc - Video
"Sumqayıt" "Kəpəz"ə böyük hesabla qalib gəldi
“Arsenal” “Old Trafford”da qələbə qazandı
"Nyukasl" yeni transferini açıqladı
"Mançester Yunayted"in yetirməsi "Hall Siti"də
"Sumqayıt" - "Kəpəz": Heyətlər
"Sanderlend" PSJ-dən onu transfer etdi
“Qarabağ” düşərgəsindən yeni xəbər
"Brentford" onu rekord məbləğə aldı
"Kəpəz"dən iki transfer, üç yeni müqavilə
De Xea “Mançester Yunayted”ə qayıda bilər
Ozobiç üçün əlamətdar oyun
"Kəpəz" kapitanlarını açıqladı
UEFA Superkubokunu idarə edən hakim "Qarabağ"ın oyununda
“Etdiyim jest dinlə bağlıdır” - Emin Mahmudov
Yeni UFC çempionu
"Şalke"dən "Beşiktaş"a
Qolları Messi, Suares və Alba vurdu - Video
"Barselona"dan uğurlu start - Video
"Mançester Siti" yarımmüdafiəçisini satdı
Robbi Kindən “Qarabağ”la oyunla bağlı açıqlama
"Bavariya" Almaniya Superkubokunu qazandı
"Barselona" mövsümə böyükhesablı qələbə ilə başladı
Renat oynadı, komandası heç-heçə etdi
"Neftçi Arena"da vurulan 2 qol - Video