Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 5-i həftəsonu Qəbələyə yollanacaq.
Bunlar "Qarabağ", "Neftçi", "Zirə", "Sabah" və "Səbail"dir. Onları Qəbələdə eyniadlı komanda gözləyəcək.
Klublar Bakıda 13 - 15 iyunda tətbiq olunacağı gözlənilən sərt karantin rejimi ilə əlaqədar şimal-qərb bölgəsinə üz tutmağa qərar veriblər. Komandaların artıq Qəbələdə otel rezervasiya etdikləri bildirilir.
Sözügedən klublar məlumatı təsdiqləyiblər. Premyer Liqa təmsilçilərinin Mətbuat xidmətindən bildirilib ki, planda belə bir məsələ var.
Həftəsonu evdən çıxma qadağası tətbiq olunacağı halda, "Keşlə"nin də Qəbələyə gedəcəyi gözlənilir. "Sumqayıt" isə hazırlıq prosesini elə təmsil etdiyi şəhərdə keçirməyi üstün tutub.
Komandaların Qəbələ toplanışı müddətində yoxlama oyunları da keçirəcəkləri gözlənilir. Artıq "Neftçi"nin "Qəbələ" ilə, "Sabah"ın isə "Zirə" ilə belə bir görüşdə üz-üzə gələcəyinə dair ilk razılıq əldə olunub.
"Qəbələ"nin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, klubun Avropa və dünya standartlarında olan bazası Premyer Liqa komandalarına yüksəksəviyyəli hazırlıq imkanı verir: "Həm təbii, həm də süni meydanımız hər zaman ideal vəziyyətdədir. Təbii meydanlarımızın hamısı standartdır, kiçik deyil, ot örtüyü də yaxşıdır. Klublardan nə qədər müraciət olubsa, onları qarşılamaq barədə problem olmayacağını bildirmişik. Yenə hər şey özlərindən asılıdır, təşrif buyura bilərlər. 6 təbii meydançamız tam ideal vəziyyətdədir".
Qeyd edək ki, "Qəbələ" komandası sərt karantin rejimi ilə əlaqədar ötən həftəsonu öz bazasında hazırlıq keçib (Report).
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi