Azərbaycan çempionatının I divizionunun (əvvəl birinci dəstə adlanıb) tarixində 8 dəfə bir oyunda 12 və daha çox qol vurulub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 1992-ci ildən təşkil olunan və bəzi mövsümlərdə keçirilməyən yarışın mütləq rekordu isə 2000/01 mövsümündə qeydə alınıb. OİK (indiki MOİK) Bakıda keçirilən görüşdə “Lokomotiv”i 13:4 hesabı ilə məğlub edib. 17 qolun vurulduğu bu matç təkcə aşağı dəstə deyil, ümumiyyətlə müstəqil Azərbaycan futbolunda peşəkar səviyyədəki yarışların (Premyer Liqa, kubok, Superkubok, I divizion, Əvəzedicilər) ən məhsuldar oyunudur. Ən böyükhesablı qələbə ilə “Metallurq”a məxsusdur. Sumqayıt təmsilçisi Göytəpənin eyniadlı komandasını 15 qolla məğlub edib. Elə bu nəticə də tək divizion deyil, Azərbaycan futbolunun rekordudur. “Metallurq” daha bir dəfə məhsuldar matçın iştirakçısı olmağı bacarıb. Bu, Ağdaş “Şirvan”ı ilə görüşə təsadüf edib – 13:1. Ən böyükhesablı səfər qələbəsi isə “Neftçala”nın aktivindədir. Bu komanda 2015/16 mövsümündə “Energetik”in qapısından 12 cavabsız top keçirib. Qeyd edək ki, I divizionda bir dəfə 17, bir dəfə 15, iki dəfə 14, bir dəfə 13, üç dəfə 12 qolun vurulduğu matç qeydə alınıb.
17 qol
2000/01 mövsümü. OİK (Bakı) – “Lokomotiv” (İmişli) – 13:4
15 qol
1993/94 mövsümü. “Metallurq” (Sumqayıt) – “Göytəpə” - 15:0
14 qol
1993/94 mövsümü. “Metallurq” (Sumqayıt) – “Şirvan” (Ağdaş) – 13:1
2016/17 mövsümü. “Səbail” (Bakı) – “Bakılı” – 11:3
13 qol
1994/95 mövsümü. “Kürmük” (Qax) – “Arzu” (Tərtər) – 11:2
12 qol
1993/94 mövsümü. “Şəfa” (Naftalan) – “Avey” (Ağstafa) – 2:10
1993/94 mövsümü. “Pambıqçı” (Zərdab) – “Turan-2” (Tovuz) – 3:9
2015/16 mövsümü. “Energetik” (Mingəçevir) – “Neftçala” – 0:12
"Sumqayıt"dan mövsümə əla başlanğıc - Video
"Sumqayıt" "Kəpəz"ə böyük hesabla qalib gəldi
“Arsenal” “Old Trafford”da qələbə qazandı
"Nyukasl" yeni transferini açıqladı
"Mançester Yunayted"in yetirməsi "Hall Siti"də
"Sumqayıt" - "Kəpəz": Heyətlər
"Sanderlend" PSJ-dən onu transfer etdi
“Qarabağ” düşərgəsindən yeni xəbər
"Brentford" onu rekord məbləğə aldı
"Kəpəz"dən iki transfer, üç yeni müqavilə
De Xea “Mançester Yunayted”ə qayıda bilər
Ozobiç üçün əlamətdar oyun
"Kəpəz" kapitanlarını açıqladı
UEFA Superkubokunu idarə edən hakim "Qarabağ"ın oyununda
“Etdiyim jest dinlə bağlıdır” - Emin Mahmudov
Yeni UFC çempionu
"Şalke"dən "Beşiktaş"a
Qolları Messi, Suares və Alba vurdu - Video
"Barselona"dan uğurlu start - Video
"Mançester Siti" yarımmüdafiəçisini satdı
Robbi Kindən “Qarabağ”la oyunla bağlı açıqlama
"Bavariya" Almaniya Superkubokunu qazandı
"Barselona" mövsümə böyükhesablı qələbə ilə başladı
Renat oynadı, komandası heç-heçə etdi
"Neftçi Arena"da vurulan 2 qol - Video