"Neftçi" Braziliyanın B Seriyası təmsilçisi "Quarani"nin futbolçusu Tallison Auqustonu heyətinə qatıb.
Qol.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu 28 yaşlı müdafiəçi ilə dünən 3 illik müqavilə imzalayıb.
"Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycanda oynayacağını təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin yüksək olduğunu deyib.
"Neftçi"nin yaxın vaxtlarda bu transferi təsdiqləyəcəyi gözlənilir.
Qeyd edək ki, braziliyalı T.Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klublarda oynayıb.
Rusiyada 6 medal
"Qarabağ"la 800-cü oyun
Premyer Liqa klubları gənc hücumçunu hədəfə aldı
Luk Şou “Mançester Yunayted”də yubiley matçına çıxdı
İspaniya klubu baş məşqçisi ilə yollarını ayırdı
“Qəbələ”nin doğma meydandakı qələbəsi - Video
Martinez dubl etdi, “İnter” qələbə qazandı
“Rizespor”un yeni baş məşqçisi bəlli oldu
“Qalib gəlmək üçün heç nə etmədik” - Elmar Baxşıyev
"Sumqayıt"ın əzmkar qələbəsi - Video
Adil Şükürovun "Səbail"dəki köməkçiləri bilindi