Zubir "Panatinaikos"a keçə bilər

Zubir "Panatinaikos"a keçə bilər
XƏBƏR 11 May 2020 / 09:48 3077
-  A +

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Yunanıstanda oynaya bilər. 

Qol.az xəbər verir ki, bu barədə Yunanıstanın "Newspao" nəşri məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin  "Panatinaikos"a təklif olunduğu vurğulanıb. Klubun bu təklifi nəzərdən keçirdiyi bildirilib.

Xəbərdə  Zubirin bu yay azad agent olacağı üçün daha yaxşı müqavilə ilə daha böyük liqaya keçməyə hazır olduğu yazılıb.

Qeyd edək ki, Zubirin Ağdam təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.


Son xəbərlər