“Formula-1” üzrə dünya çempionatının mümkün təqvimi müəyyənləşib.
Qol.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. Təqvimdə Azərbaycan Qran-prisinin vaxtı da göstərilib. Bakıdakı yarışın sentyabrın 6-da keçiriləcəyi vurğulanıb.
Avstriyada 5, 12 iyul, Böyük Britaniyada 26 iyul, 2 avqust, Macarıstanda 16, 23 avqust, Sinqapurda 20 sentyabr, Rusiyada 27 sentyabr, Çində 4 oktyabr, Yaponiyada 11 oktyabr, Meksikada 1 noyabr, Braziliyada 8 noyabr, Vyetnamda 22 noyabr, Bəhreyndə 6 dekabr və Abu-Dabidə 13 dekabr tarixlərində Qran-prilərin olacağı bildirilib.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Salah Lemparda çatdı
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video
"Hakimlik haqda danışmağı xoşlamıram" - Saşa İliç
“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi