"Evdə keçilən məşq ciddi hazırlıq proqramı deyil. Amma futbolçuların az da olsa tonusda qalması üçün verilən məşq proqramıdır".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Onlayn rejimdə məşqin xeyrindən bəhs edən təcrübəli çalışdırıcı Peşəkar Futbol Liqasının dünənki qərarına da münasibət bildirib. Qurbanovun fikrincə, mayın 4-də karantin rejimi bitsə, ayın 23-nə qədər komandanı fasilədən sonrakı ilk oyuna hazırlamaq mümkün olacaq: "Əgər mayın 4-də karantin rejimi bitərsə, normal məşqlərə başladıqda ev rejimindəki məşqin az da olsa xeyrini görəcəyik. Düşünürəm ki, bu amil hazırlığımızı 15-20 faiz tezləşdirəcək. Mayın 4-dən 23-nə qədər olan müddət nə çox uzun, nə də qısadır. Hesab edirəm ki, bu müddət ərzində futbolçuları normal vəziyyətə çatdırmaq olar. İstənilən halda, məşq prosesi başqadır. Bütün futbolçular oyun praktikasından əziyyət çəkəcəklər. Meydanda bu problem daha aşkar vəziyyətdə görünəcək. Hətta fiziki hazırlıq, güc yerində olsa belə, oyun baxımından problem yaşanacaq. Təbii ki, rejim bütün komandalar üçün eyni olacaq. Bunları düşünmədən 20 günə yaxın olan vaxtdan səmərəli istifadə etməliyik. Mayın 23-nə qədər komandanı normal vəziyyətə gətirməyə çalışacağıq. Yəqin ki, futbolçuları meydana çıxarmaq üçün bu müddət kifayət edər".
48 yaşlı mütəxəssis FİFA-nın həm cari, həm də gələn mövsüm matçlar zamanı komandalara 3 deyil, 5 əvəzləmə icazəsi verilməsi təklifini də dəyərləndirib. Ağdam klubunun çalışdırıcısı Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklifi təsdiq etsə, bu, klubların xeyrinə olacaq: "Bu addımı normal qarşılayıram. Bu onu göstərir ki, FİFA, UEFA hazırkı durumu dərindən düşünür, təhlil edirlər. Həm komandaları, həm futbolçuları düşünürlər. Əlbəttə, 5 dəyişiklik heç də az deyil. Bu məqam komandaya bir tərəfdən kömək edə bilər. Amma digər tərəfdən oyun nizam-intizamı pozula bilər. Mən də həmin xəbəri oxumuşam. Səhv etmirəmsə, 5 dəyişikliyin 3 dəfəyə edilməsinə imkan yaradacaqlar. Hər komandanın əvəzləməsi üçün 5 dəfə oyun dayandırılsa, bu, çox vaxt aparacaq. Verilən qərarları normal qarşılayıram. Onsuz da, hər 2-3 ildən bir hansısa dəyişikliyin şahidi oluruq. Futbol qurumları əsasən komandaları və futbolçuları düşünürlər, oyunların daha maraqlı keçməsinə çalışırlar. İndiki durumda ehtiyatımızı qoruyub saxlamalıyıq. 5 dəyişikliklə bağlı düşüncə pis deyil. Gələcəkdə necə olacaq, yəqin ki, bunu hamımız biləcəyik".
Qeyd edək ki, PFL-in qərarına əsasən, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini uzatmasa, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan birinci divizion mayın 21-də, Premyer Liqa isə 23-də bərpa ediləcək (apasport.az).
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...