AFFA ilk dəfə Premyer Liqa, birinci divizion, Region Liqası, Qadınlar Yüksək Liqası, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında turnirlərdə iştirak edən komandaları e-futbol liqasına çağırır.
Qol.az xəbər verir ki, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək çempionat futbolu real həyatdan virtuala daşımağı bacaranlar, PES2020-də rəqib tanımayan, klubunun e-Milli Liqada təmsil olunmasını istəyənlər üçündür və oyun konsolunda bacarığına və təcrübəsinə güvənən komandalara ünvanlanıb.
İştirak etmək istəyənlər aprelin 25-dən mayın 15-dək komandasını qeydiyyatdan keçirə və mayın 25-də təşkil olunacaq e-Milli Liqaya qatıla bilərlər.
PES2020 qaydaları əsasında gerçəkləşəcək futbol üzrə kiber çempionatın iştirakçı komandaların oyun konsolları və hesabları təmsil etdikləri klublar tərəfindən təmin olunmalıdır.
Hər komandanın heyəti klub tərəfindən müəyyənləşdirilmiş, 18 yaşı tamamlanmış 2 nəfərdən ibarət olacaq. Hər komanda qalibi müəyyənləşdirəcək 2 oyun keçirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər bir turnir 3 ay davam edəcək.
Mükafatlara gəlincə, birinci yerin sahibinə e-Milli Liqanın Kuboku təqdim olunacaq, həmçinin qalib komanda e-Milli Komandada iştirak şansı qazanacaq. İkinci və üçün yerin sahiblərinə isə təşkilatçılar tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, pul mükafatları oyunçunun liqa zamanı toplamış xallarının x100 manat mislinə (1-ci yer üçün); x50 manat mislinə (2-ci yer üçün) və x20 manat mislinə (3-cü yer üçün) bərabərdir.
Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda, Avropanın ən məşhur futbol klublarını təmsil edən kiber komandalar ilə yoldaşlıq görüşləri unudulmaz təcrübə olacaq.
Turnirin rəsmi yayım tərəfdaşı CBC Sport kanalıdır.
“Fənərbaxça” xal itirdi
“Barselona” səfərdə darmadağın edildi - Video
“Şamaxı” 3 xalı 1 qolla qazandı - Video
“Səhvlərimizi etiraf edirik“ - Kaxaber Sxadadze
“Sabah”ın oyunçusunun bel sümüyü sındı
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
“Eyüpspor” Selçuk Şahinlə yollarını ayırdı
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır
“Sabah” və “Şamaxı” səfərdən 3 xalla qayıdır
“Qalatasaray”ın müdafiəçisi 3-4 həftə oynaya bilməyəcək
“Sabah”ın səfər qələbəsi - Video
Valdas Dambrauskas: “Oyunboyu dominant tərəf biz idik“
Mbappe Azərbaycan millisi ilə oyunu buraxa bilər
Qəbələdə heyətlər açıqlandı
Noyer Müllerin rekorduna şərik oldu
Millimizin Avropa çempionatı üçün yekun heyəti
Arne Slotdan antirekord
"Karvan-Yevlax" - "Sabah": Heyətlər
U-19 millimiz Özbəkistanla qarşılaşacaq
"Araz-Naxçıvan" Naxçıvana gedir
U-21 millimizin də heyəti açıqlandı
Voleybol millimizin rəqibləri bilindi - Avropa çempionatı
"Kopenhagen"ə qol vuracağıma inanırdım" - Emmanuel Addai
III MDB Oyunlarında günün proqramı
"Real"ın növbəti qələbəsi - Video
Millimizin üzvü oynadı, komandası uduzdu
Ağlasığmaz təklif
Yaşar Sultanov vəfat edib
“Bavariya” 3 xalı 3 qolla qazandı - Video
Azərbaycan cüdoçularından 21 medal - III MDB Oyunları
İstanbul derbisində 2 qol, 1 qırmızı vərəqə - Video
“Traktor” yenə qələbə qazana bilmədi
“Çelsi” “Liverpul”u məğlub etdi - Video
AFFA prezidenti millimizi təbrik etdi
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”